...

Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfərə çatır

Dünya xəbərləri Materials 7 May 2020 11:15 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfərə çatır

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 2 884 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 102 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 2 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 42 nəfər koronavirusun qurbanı olub, 1 648 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti