Bakı. Trend:
Küveyt iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 80 min barrel azaldacaq.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "Kuna" dövlət agentliyinə ölkənin neft naziri Xalid əl-Fadıl deyib.
Onun sözlərinə görə, bu addımla Küveyt Səudiyyə Ərəbistanının bazarı sabitləşdirmək üzrə səylərini dəstəkləyəcək.