...

Paris meri paytaxtda parkların açılmasını xahiş etdi

Dünya xəbərləri Materials 12 May 2020 14:26 (UTC +04:00)
Paris meri paytaxtda parkların açılmasını xahiş etdi

Bakı. Trend:

Paris şəhərinin meri Ann İdalqo paytaxtda parkların açılmasını xahiş edib.

Trend-in məlumatına görə, mer bu müraciətini öz “Twitter” səhifəsində paylaşıb.

Mer sakinlərin maska taxması şərti ilə parkların açılmasının məqsəduyğun olduğunu deyib.

Qeyd edək ki, mayın 11-dən etibarən Fransada karantin rejimi yumşaldılıb. Ölkə ərazisində məktəblər, geyim mağazaları, bərbərxana və gözəllik salonları açılıb. Restoran, kafe və kinoteatrlar növbəti qəraradək bağlı qalıb.

Eyni zamanda, koronavirusun daha çox yayıldığı paytaxt parisdə parklar da bağlı qalıb. Ölkədə maska rejimi qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti