...

İranda koronavirusdan ölənlərin sayı 7 min nəfəri keçib

Dünya xəbərləri Materials 18 May 2020 13:52 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda indiyədək koronavirusdan (COVİD-19) ölənlərin sayı 7 057 nəfərə çatıb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində daha 69 nəfər bu virusdan ölüb.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 294 nəfərin koronavirusa yoluxması ilə bu virusa yoluxanların sayı 122 492 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 712 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi İranda indiyədək 95 661 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirus diaqnozu ilə əlaqədar 701 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti