...

Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edildi

Dünya xəbərləri Materials 20 May 2020 14:22 (UTC +04:00)

Bakı. Trend:

Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Qeyd olunur ki, A.Talıbov öz xahişi ilə azad olunub.

Azər Talıbov 2017-ci ilin yanvarında İqtisadi inkişaf nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin rəhbəri və Rusiya prezidenti köməkçisinin aparat rəhbəri vəzifələrində işləyib.

Xəbər lenti

Xəbər lenti