Bakı. Trend:
ABŞ İrana qarşı sanksiyalardan müvəqqəti istisnalar tətbiq etməyi dayandırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb.
M.Pompeo bildirib: "Bu gün mən Birgə Hərtərəfli Fəaliyyət Planı ilə əlaqəli İran layihələrinə qarşı sanksiyalardan istisnaları dayandırıram, (qərar - red.) 60 gündən sonra qüvvəyə minir".
Tehrana beynəlxalq yardımdan danışan dövlət katibi qeyd edib ki, İranın davam edən nüvə eskalasiyası bu əməkdaşlığın dayandırılmasının zəruri olduğunu açıq şəkildə göstərir.
M.Pompeo həmçinin İranın uranın zənginləşdirilməsi üzrə proqramının iki rəhbərinə qarşı snksiyaların tətbiq edildiyini bəyan edib.
Dövlət katibi əlavə edib ki, ABŞ Buşehr Atom Elektrik Stansiyasına göstərilən beynəlxalq yardıma aid sansksiyalardan istisnaların müddətini 90 gün uzadır: "Biz İranın nüvə proqramını yaxından izləməyə davam edəcəyik və istənilən vaxt bu istisnaya dəyişiklik edə bilərik".