...

Yaponiya turistlərə gündəlik 185 dollar verəcək

Dünya xəbərləri Materials 28 May 2020 11:44 (UTC +04:00)
Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır
Yaponiya turistlərə gündəlik 185 dollar verəcək

Bakı. Trend:

Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu qərar ölkənin koronavirus pandemiyasında zərər çəkmiş turizm sektoruna yardım məqsədilə qəbul edilib.

Plana əsasən, turistlərə verilən məbləğ gündəlik xərclərin yarısını ödəməyə imkan verəcək. Çeklər kafe, restoran və mağazalarda qəbul olunacaq.

Turistin həmin vauçerleri ala bilməsi üçün Yaponiyada hotel bron etməsi vacibdir.

Bu təşəbbüsün iyulun sonunda işə düşməsi gözlənilir. Ümumilikdə bu layihəyə təxminən 12,5 milyard dollar məbləğ ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti