...

İspaniyada karantin qaydalarını pozan Belçika şahzadəsi cərimələndi

Dünya xəbərləri Materials 11 İyun 2020 12:25 (UTC +04:00)
İspaniyada karantin qaydalarını pozan Belçika şahzadəsi cərimələndi

Bakı. Trend:

İspaniyada karantin rejimini pozduqdan sonra koronavirusa yoluxmuş Belçika şahzadəsi Yoaxim 10 800 avro məbləğində cərimələnib.

Trend-in məlumatına görə, şahzadə Yoaxim mayın 24-də İspaniyaya gəldikdən 2 gün sonra Kordoba şəhərində kütləvi tədbirdə iştirak edib.

İspaniyada pandemiya ilə əlaqədar ölkəyə gələn əcnəbilər 14 günlük karantinə alınmalıdır.

Şahzadə bu addımına görə üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti