...

Fransada tibb işçilərinin etiraz aksiyasında iğtişaş baş verib

Dünya xəbərləri Materials 16 İyun 2020 20:58 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə tibb işçilərinin etiraz aksiyası keçirilir.

Trend-in məlumatlarına görə, aksiya iştirakçıları Səhiyyə Nazirliyinin binasına doğru yürüş edir.

Tibb işçiləri Fransa hökumətindən koronavirus pandemiyası ilə əlaqədar əməkhaqlarının və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Aksiya zamanı polislə bir qrup etirazçı arasında iğtişaş yaşanıb. Etirazçıların daş atdıqları deyilir.

Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti