...

İyulun 1-dən Rusiyanın 67 regionu turistlər üçün açılacaq

Dünya xəbərləri Materials 27 İyun 2020 07:45 (UTC +04:00)
İyulun 1-dən Rusiyanın 67 regionu turistlər üçün açılacaq

Bakı. Trend:

İyulun 1-dən Rusiyanın 67 regionu turist qəbul edə biləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rosturizmin rəhbəri Zarina Doquzova jurnalistlərə deyib.

Z.Doquzova bildirib: "Gələn həftədən, iyulun 1-dən başlayaraq Rusiya Federasiyasının 67 subyektində turizm fəaliyyəti bərpa edilir. İyul ayının ilk həftəsində rusiyalıların istirahətinə mane olan məhdudiyyətlər ləğv edilməyə davam edəcək. İyulun ilk həftəsində ölkəmizin bölgələrinin əksəriyyətində kurort mövsümünün başlayacağını nəzərdə tuturuq".

Xatırladaq ki, daha əvvəl Rosturizmin rəhbəri bildirib ki, Rusiya Federasiyasının əksər bölgələrində yay turizm mövsümü iyulun 1-dən tam başlayacaq, bu həftə isə ölkənin 40 subyektində otellər, motellər və digər yerləşdirmə obyektləri fəaliyyətə başlayacaq. İyunun 28-də Rusiyada yay kruiz naviqasiyası başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti