...

Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəlib

Dünya xəbərləri Materials 8 İyul 2020 17:33 (UTC +04:00)

Bakı. Trend:

Avropa Komissiyası COVID-19 infeksiyasının müalicəsi üçün istifadə oluna biləcək eksperimental preparatların tədarükü ilə bağlı iri əczaçılıq şirkətləri ilə razılıq əldə edib.

Trend-in məlumatına görə, Komissiya bununla əlaqədar İsveçrənin "Roche" və Almaniyanın "Merck" şirkətləri ilə danışıqlar aparıb.

Qeyd olunur ki, razılığa əsasən "Roche" şirkəti revmatoid artrit üçün nəzərdə tutulmuş "RoActemra" dərmanlarını tədarük edəcək. Bu preparat "Remdesivir"lə birgə COVID xəstələri üzərində sınaqdan keçirilib.

Öz növbəsində "Merck" dağınıq sklerozun müalicəsi üçün istifadə olunan "Rebif" preparatını tədarük edəcək.

Razılaşmanın detalları açıqlanmasa da, bütün Aİ ölkələrinin bu preparatları əldə edə biləcyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti