...

Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

Dünya xəbərləri Materials 10 İyul 2020 12:47 (UTC +04:00)
Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

Bakı. Trend:

Çinin cənubi, cənub-qərbi, şərqi və mərkəzi əyalətlərində aramsız yağışlar nəticəsində baş vermiş daşqınlar 30 milyondan çox sakinə ziyan vurub.

Trend-in məlumatına görə, azı 140 nəfər ölüb və ya itkin düşmüş hesab edilib.

Daşqınlardan ən çox Tszyansi, Hubey, Hunan, Quandun, Sıçuan, Quyçjou əyalətlərinə zərər dəyib. Daşqın zonasından 1,7 milyondan çox sakin təxliyə olunub.

Həmin əyalətlərdə 270 mindən yaşayış binası və tikili dağılıb, daşqınların vurduğu iqtisadi ziyan 9 milyard dollara yaxın məbləğdə ölçülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti