...

Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb

Dünya xəbərləri Materials 12 İyul 2020 20:27 (UTC +04:00)
Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb

Bakı. Trend.

Yaponiyada koronavirusa yoluxma halları kəskin şəkildə çoxalır.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Belə ki, son sutkada 400 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Paytaxtdakı yoluxmaların təxminən 65 faizi 20-30 yaşlı insanlar arasında qeydə alınıb, 44 nəfər bu yaxınlarda barlarda və əyləncə məkanlarında olub. Virusun ötürülmə mənbəyini 92 nəfərdə izləmək mümkün olmayıb.

Yaponiya hakimiyyəti Tokioda yeni halların artmasının ölkədə fövqəladə vəziyyət rejiminin yenidən tətbiq edilməsi üçün bir səbəb olmadığını vurğulayır, statistikanın pisləşməsini isə koronavirusun aşkarlanması üçün aparılan testlərinin sayının artması ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti