...

Filippin Rusiyanın istehsal etdiyi koronavirus vaksinini sınaqdan keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 13 Avqust 2020 12:23 (UTC +04:00)

Bakı. Trend:

Filippin Rusiyanın istehsal etdiyi “Sputnik V” koronavirus vaksininin kliniki sınaqlarına oktyabr ayında başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu ölkə prezidentinin mətbuat katibi Harri Rok deyib.

O bildirib ki, həmin vaksinin sınaqlarının üçüncü mərhələsi Filippində Rusiya ilə birgə keçiriləcək. Sınaqların müddəti oktyabrdan mart ayınadək davam edəcək.

Sınaqlar birinci və ikinci mərhələlərin nəticələrinin təhlilindən sonra başlayacaq. Bu, uğurla başa çatarsa, 2021-ci ilin aprelində Filippin vaksini qeydiyyata alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti