...

Somalidə terrorçular otelə hücum edib, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB 3)

Dünya xəbərləri Materials 17 Avqust 2020 01:12 (UTC +04:00)
Somalidə terrorçular otelə hücum edib, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB 3)

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişo şəhərində terrorçular "Elite Hotel" otelinə hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 10 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, ölənlər arasında dövlət məmurlarıd da var.

Qeyd edilir ki, bütün terrorçular hadisə yerinə cəlb edilən hərbçilər tərəfindən məhv edilib.

XXX

21:38

Somalinin paytaxtı Moqadişo şəhərində terrorçular "Elite Hotel" otelinə hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 5 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Bildirilir ki, terrorçuların hücumu otelin yaxınlığında partlayıcı maddələrlə dolu avtomobilin partladılmasından başlayıb. Daha sonra terrorçular otelə daxil olublar və bir neçə nəfəri girov götürüblər. Hadisə yerinə gələn hərbçilərlə terrorçular arasında atışma baş verib.

Yerli hakimiyyətin məlumatına əsasən, otelə "Əl-Şəbab" terror qruplaşmasının üzvləri hücum ediblər.

XXX

20:45

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış "Elit" otelinin yaxınlığında olub. Somali ordusunun elit bölmələri ilə otelə girən terrorçular arasında atışma gedir. Silahlılar oteldə bir neçə nəfəri girov götürüblər.

Məlumata əsasən, "Əl-Şəbab" qruplaşmasının terrorçuları otelin beşinci mərtəbəsində barrikad qurublar. Qurbanlarla bağlı ilkin məlumatlar var, onların arasında dövlət məmurların adları da çəkilir.

XXX

20:27

Somalinin paytaxtı Moqadişoda populyar Lido çimərliyi yaxınlığında güclü partlayış baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, partlayış otelin ətraflarında törədilib.

Şahidlər partlayışdan sonra silahlıların otelə girdiklərini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti