...

İran nüvə sazişindən çıxa bilər

Dünya xəbərləri Materials 17 Avqust 2020 18:23 (UTC +04:00)
İran nüvə sazişindən çıxa bilər

Bakı. Elnur Bağışov - Trend

İrana qarşı “trigger mexanizmi” (spendback or trigger mechanism) icra olunduğu halda, İranın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması ilə əlaqədar plan hazırlanıb.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin konstitusiyanın 90-cı maddəsinin icrası ilə əlaqədar komitəsinin (Article 90 of Iran’s Constitution puts the Parliament) sözçüsü Əli Xezrian Twitter səhifəsində yazıb.

Ə.Xezrianın sözlərinə görə, bu plan artıq İran parlamentinə təklif olunub.

Xezrian əlavə edib ki, İrana qarşı təzyiqlərin artırılması trigger mexanizminin aktivləşdirilməsi ilə əlaqədardır.

Xezrian bildirib ki, bu mexanizm aktivləşdiyi halda BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələri yenidən qüvvəyə minə bilər.

“Bu halda isə, İranın nüvə sazişində qalmasının heç bir mənfəəti yoxdur” –deyə o qeyd edib.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda (2019) sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda (2019) uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.

İran 2019-un 5 sentyabrında növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.

İran 2019-cu il 5 noyabrda nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.

İran 2020-ci il 5 yanvarda nüvə sazişindəki 5-ci (sonuncu) addımı atdığını və bundan sonra sazişdə İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti