...

Haiti sahillərində qayıq batıb, azı 14 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Avqust 2020 10:16 (UTC +04:00)
Haiti sahillərində qayıq batıb, azı 14 nəfər ölüb

Bakı. Trend:

Haitinin Tortuqa adasından insanları daşıyan qayıq qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb. İtkin düşənlərin dəqiq sayı barədə məlumat verilmir.

Bildirilir ki, 9 nəfəri xilas etmək mümkün olub, hazırda onlara tibbi yardım göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti