Bakı. Trend:
ABŞ-ın "Apple" şirkəti Sinqapurun Marin-Bey körfəzində açılacaq yeni bir pərakəndə mağaza layihəsini açıqladı.
Trend-in məlumatına görə, bu barədə "The Verge" xəbər verib.
Məlumata əsasən, bu şirkətin ilk üzən mağazası olacaq və suyun üzərində yerləşən futuristik tərzdə inşa ediləcəkdir.
Hal-hazırda şirkət binanın kənardan necə görünəcəyi ilə bağlı yalnız kiçik bir təqdimat videosu yayımladı.
Mağaza dünyada sayca 512-ci "Apple Store"un pərakəndə nöqtəsi və Orçard-rouddan sonra Sinqapurda üçüncü olacaq. Həmçinin mağaza hava limanında yerləşən Jewel Changi ticarət mərkəzində ikinci mağaza olacaq.