...

Ermənistanda son sutkada 429 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 26 Sentyabr 2020 11:22 (UTC +04:00)
Ermənistanda son sutkada 429 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 49 072 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 429 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 948 nəfər koronavirusdan ölüb, 4 253 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti