...

Tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2020 15:40 (UTC +04:00)
Tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Bakı. Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2020-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.

Trend-in məlumatına görə, bu il bu mükafatı amerikalı Harvi Alyer və Çarlz Rays, britaniyalı Maykl Houton əldə edib.

Onlar hepatit C virusunun aşkar olunması və bu xəstəliyin müalicəsi istiqamətində nailiyyətlərə görə mükafata layiq görülüb.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, oktyabrın 9-da sülh və oktyabrın 12-də iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti