...

Türkiyədə koronavirusdan sağalanların sayı 348 mini keçib

Dünya xəbərləri Materials 13 Noyabr 2020 21:27 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 348 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 93 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 326 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 3 045 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 407 939 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 010 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 348 804 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti