...

Türkiyədə anti-terror əməliyyatı keçirilir

Dünya xəbərləri Materials 14 Noyabr 2020 13:59 (UTC +04:00)
Türkiyədə anti-terror əməliyyatı keçirilir

Bakı. Trend:

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində PKK terror təşkilatının silahlılarına qarşı əməliyyat başlayıb.

Trend-in məlumatına görə, "İldırım-15" adı verilən əməliyyata Bitlis vilayət jandarm qüvvələri, xüsusi təyinatlı qüvvələr və polis xüsusi təyinatlıları qatılıb. Ümumilikdə, 800-dən çox təhlükəsizlik mənsubu əməliyyatda iştirak edir.

Qeyd edək ki, iyulun 13-dən başlayan "İldırım" əməliyyatları çərçivəsində bu günədək 143 terrorçi zərərzisləşdirilib, 71 nəfər saxlanılıb, 250-dən çox silah-sursat anbarı məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti