...

İranda yüksək patogenli quş qripi aşkarlanıb

Dünya xəbərləri Materials 8 Dekabr 2020 16:46 (UTC +04:00)
İranda yüksək patogenli quş qripi aşkarlanıb

Bakı. Elnur Bağışov – Trend:

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli quş qripi aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Mazanaran vilayəti Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

K.Rəbiinin sözlərinə görə, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz edilməsi ilə ötən gün (7 dekabr) analizin nəticələri pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 Qu quşunun ölüsü tapılıb.

Rəbii əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti su-bataqlıq ərazilərinə təxminən 2 min köçəri Qu quşu gəlir. İndiyədək Feridunkenar su-bataqlıq ərazisinə təxminən 500 qu quşunun gəldiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti