...

ABŞ İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirdi

Dünya xəbərləri Materials 16 Dekabr 2020 22:17 (UTC +04:00)
ABŞ İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirdi

Bakı. Trend:

ABŞ hakimiyyəti İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirib. Siyahıya bir Vyetnam vətəndaşı və beş şirkət əlavə olunub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

Siyahıya BƏƏ-dən iki, Çindən də iki şirkət və Vyetnamdan bir neft-kimya şirkəti daxil olub. Nazirlik bildirib ki, BƏƏ və Çindən olan şirkətlər "Triliance Petrochemical Co. Ltd"-nin vasitəçiliyi ilə İran neft-kimya məhsullarının ixracı ilə əlaqəli olub. "Triliance Petrochemical Co. Ltd" 2020-ci il yanvar ayında sanskiyalar siyahısına artıq daxil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti