Bakı. Trend:
Livan prezidenti Mişel Aun koronavirusla ələqadar ümumi mülki səfərbərlik rejiminin 31 Mart 2021-ci il tarixinədək uzadılması haqqında fərman imzaladı.
Trend-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin press-relizində bildirilib.
Bildirilib ki, fərmana əsasən dövlət qurumları, özəl şirkətlər sanitariya və epidemioloji standartlara ciddi şəkildə riayət etməlidir.
Vətəndaşlara sosial məsafəni qorumaq, qoruyucu maskalar taxmaq və əlcəklərdən istifadə etmək tələb olunur.