...

Hindistanda "quş qripi" ehtimalı - minlərlə ölü quş tapıldı

Dünya xəbərləri Materials 5 Yanvar 2021 10:25 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın şimalındakı Himaçal-Pradeş şəhərində Ponq-Dam gölü yaxınlığında 1 700-ə yaxın ölü quş tapılıb.

Trend-in məlumatına görə, ştat rəhbərliyi tələfatın "quş qripi" ilə əlaqədar olduğunu ehtimal edir.

Bununla əlaqədar sakinlərə gölün ətrafına yaxınlaşmaq, mal-qaranı gətirmək qadağan edilib.

Quşların ölüm səbəbini araşdırmaq üçün mütəxəssislərdən ibarət qrup yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti