...

Hindistanın dörd ştatında "quş qripi" yayılıb

Dünya xəbərləri Materials 6 Yanvar 2021 13:14 (UTC +04:00)
Hindistanın dörd ştatında "quş qripi" yayılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Son bir neçə gün ərzində Hindistanın müxtəlif ştatlarında minlərlə quş tələf olub.

Trend-in məlumatın görə, buna "quş qripi" infeksiyasının səbəb olduğu təsdiqlənib.

Qeyd olunur ki, tələfat ölkənin 4 ştatında, Himaçal-Pradeş, Madhya-Pradeş, Kerala və Racasthan ştatlarında qeydə alınıb.

Ölkənin şimalındakı Himaçal-Pradeş ştatında 1 700, cənubdakı Kerala ştatında bir neçə min quş tələf olub.

Bundan başqa, Keralada 36 minədək ev quşunun tələf edilməsi planlaşdırılır.

Mütəxəssislər ölən quşlarda H5N8 qrip virusunu aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti