...

Trampın müşavirinin köməkçisi iğtişaşlardan sonra istefa verib

Dünya xəbərləri Materials 7 Yanvar 2021 11:51 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Metyu Pottincer istefa verib.

Trend-in məlumatına görə, o, istefa qərarını prezidentin Konqresə edilən hücuma reaksiyası ilə əlaqələndirib.

Bundan başqa, D.Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen və Ağ Ev aparat rəhbərinin müavini Kris Liddellin istefası gözlənilir.

Xatırladaq ki, gecə saatlarında Vaşinqtonda prezident Donald Trampın tərəfdarları Konqres binasına hücum edib. Yaranan iğtişaş nəticəsində 4 nəfərin öldüyü bildirilib. Polis gözyaşardıcı qaz tətbiq edib. 50-dən çox şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti