Bakı. Trend:
Yaponiyanın Fukui prefekturasının hakimiyyəti bölgədə 1000-dən çox nəqliyyat vasitəsi ilə tıxacın yaranmasını bildiriblər. Bu, bölgədə güclü qar yağıntıları səbəbindən baş verib.
Trend-in məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Bildirilib ki, bununla əlaqədar olaraq Fukui rəhbərliyi Yaponiyanın Özünümüdafiə Qüvvələrini sıxlığı aradan qaldırmaq üçün bir qrup hərbi personal göndərməyə çağırıb.