...

ABŞ vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina etdi

Dünya xəbərləri Materials 13 Yanvar 2021 07:14 (UTC +04:00)
ABŞ vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina etdi

Bakı. Trend:

ABŞ vitse-prezidenti Mayk Pens ölkə lideri Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.

Trend-in məlumatına görə, müvafiq bəyanat Ağ Evin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir: "Hadisələrin belə inkişafının ölkəmizin mənafeyinə və ya konstitusiyamıza uyğun olduğunu hesab etmirəm".

Xatırladaq ki, N.Pelosi vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkə konstitusiyasının 25-ci düzəlişindən istifadə etməyə çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti