...

Moskvada məktəblər açılır

Dünya xəbərləri Materials 14 Yanvar 2021 11:16 (UTC +04:00)
Moskvada məktəblər açılır

Bakı. Orxan Nəbiyev - Trend:

Moskvada orta məktəblərdə tədris yanvarın 18-dən bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

Qeyd olunur ki, dərslər bərpa olunduqdan sonra koronavirusa yoluxma halı qeydə alınsa, həmin şagirdin olduğu sinif distant təhsil formatına keçəcək. Bununla belə, məktəbdə dərslər davam etdiriləcək.

Eyni zamanda kollec və ali məktəblər yanvarın 21-dək bağlı qalacaq.

Koronavirus pandemiyası ilə əlaqədar Moskvada tətbiq olunmuş digər məhdudiyyət tədbirləri də yanvarın 21-dək qüvvədə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti