...

BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq

Dünya xəbərləri Materials 16 Yanvar 2021 03:18 (UTC +04:00)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş gələn həftə Nyu-York Ştatında növbə çərçivəsində koronavirusa qarşı vaksinasiya olunacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Gələn həftə baş katib vaksinasiya olunacaq. Baş katib bunu ictimaiyyət qarşısında edəcəyinə dair sözünə sadiq qalır, ona görə də onun vaksinasiyasının foto və videoları təqdim ediləcək".

Baş katibin vaksinasiyasında hansı şirkətin istehsal etdiyi peyvənddən istefadə ediləcəyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti