Bakı. Orxan Nəbiyev - Trend:
İndoneziyanın ən fəal vulkanı hesab olunan Merapi püskürməyə başlayıb.
Trend-in məlumatına görə, lava 1,5 kilometr məsafəyədək yayılıb.
İndoneziya hökuməti ikinci dərəcəli təhlükə səviyyəsi elan edib. İnsanlara vulkanın 5 kilometr məsafəsinədək yaxınlaşmamaq tövsiyə olunub.
Qeyd edək ki, 2016-cı ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuş, 60 mindən çox şəxs evlərini tərk etmişdi.