...

Yaponiya Pfizer peyvəndinin ölkədə istifadəsini 15 fevralda təsdiqləmək niyyətindədir

Dünya xəbərləri Materials 5 Fevral 2021 07:16 (UTC +04:00)
Yaponiya Pfizer peyvəndinin ölkədə istifadəsini 15 fevralda təsdiqləmək niyyətindədir

Bakı. Trend:

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 15 fevralda "Pfizer" amerikan dərman şirkətinin peyvəndinin istifadəsini təsdiqləməyi planlaşdırır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, təsdiq edildiyi təqdirdə "Pfizer" Yaponiyada istifadə üçün təsdiqlənən ilk vaksin olacaq. 12 fevralda nazirlikdə peyvəndin istifadəsi ilə bağlı ilkin iclasın keçirilməsi gözlənilir.

Yaponiyada peyvəndləmə bir neçə mərhələdə həyata keçiriləcək. İlkin olaraq proses ən çox yoluxanlarla əlaqədə olan 4 milyon tibb və sosial işçini əhatə edəcək.

İkinci mərhələdə 65 yaşdan yuxarı təxminən 36 milyon insan aşılanacaq. Daha sonra xroniki xəstəlikləri olan 8,2 milyon yapon sakini və may ayına qədər ölkədə yaşayan digər kateqoriyalı insanlar peyvəndlənə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti