...

İranda vertolyot qəzaya uğrayıb

Dünya xəbərləri Materials 13 Fevral 2021 16:56 (UTC +04:00)
İranda vertolyot qəzaya uğrayıb

Bakı. Elnur Bağışov – Trend:

İranın qərbində yerləşən İlam vilayətində təcili yardım vertolyotu havaya qalxarkən aşağı yüksəklikdən qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın İlam Şəhidlər Aeroportunun direktoru Cavad Yeganə deyib.

C.Yeganənin sözlərinə görə, təcili yardım vertolyotuna ciddi şəkildə ziyan dəyib. Qəzada vertolyotda olan 2 tibb işçisi və iki pilot xəsarət almayıb.

Yeganə deyib ki, hazırda vertolyot İlam şəhərində uçuş zolağındadır və hadisənin baş verməsi səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti