...

Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb

Dünya xəbərləri Materials 28 Fevral 2021 07:58 (UTC +04:00)
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb

Bakı. Trend:

Çinin Qirin şəhərində zəhərli qaz sızıntısı səbəbindən kimyəvi liflər istehsalı zavodunda beş işçi öldü, daha səkkiz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sintsinbao" qəzeti bildirib.

Bildirilib ki, hadisə ötən gün yerli vaxtla saat 21:30-da baş verib.

İstintaqın ilkin nəticələrinə görə, hadisənin səbəbi emalatxanalardan birində ventilyasiya avadanlığının qəfil sıradan çıxmasıdır.

Bütün yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların həyatları üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti