...

Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb

Dünya xəbərləri Materials 1 Mart 2021 06:16 (UTC +04:00)
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb

Bakı. Trend:

Niderlandın paytaxtı Amsterdan şəhərində etiraz aksiyası keçirilib.

Trend-in Niderlandın tele və radio yayım korporasiyasına istinadən verdiyi məlumata görə, təxminən 1,5 min nəfər koronavirus pandemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudiyyətlərə qarşı etirazını bildirmək üçün paytaxtın Muzey meydanında toplanıb.

Məlumata əsasən, aksiyada iştirak edənlədən təxminən 150 nəfəri polislərin tələbinə tabe olmaqdan və aksiyanı dayandırmaqdan imtina ediblər.

Bildirilir ki, aksiya keçirilən yerə xüsusi təyinatlı polis bölməsi cəlb edilib, etirazçılar Muzey meydanından çıxarılıb, bir neçə nəfər polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, Niderlandda yanvarın 23-dən hər bazar günü pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti