...

Kolumbiyada partlayış nəticəsində yaralananların sayı 43-ə yüksəlib

Dünya xəbərləri Materials 27 Mart 2021 18:27 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyada bələdiyyə binası yaxınlığında bombanın partlaması nəticəsində yaralananların sayı 17-dən 43-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə naziri Dieqo Molano bildirib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri ağır xəsarətlər alıb.

Nazir qeyd edib ki, hücuma görə məsuliyyəti keçmiş solçu radikal qrup "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" nin nümayəndələri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti