...

Alyaskada helikopter qəzaya uğrayıb: 5 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Mart 2021 02:15 (UTC +04:00)
Alyaskada helikopter qəzaya uğrayıb: 5 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Byutt şəhəri yaxınlığında (Alyaska ştatı) "Eurocopter AS50" helikopteri qəzaya uğrayıb.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn xilasedicilər 5 nəfərin meyitini və 1 yaralı şəxsi aşkarlayıblar. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Bildirilir ki, qəzanın səbəbi müəyyən edilməyib. Hadisə yeri üzrəində uçuşlar müvəqqəti qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti