...

Yaponiya Bankı rəqəmsal valyutanın buraxılışı ilə bağlı sınaqlara başlayıb

Dünya xəbərləri Materials 5 Aprel 2021 18:56 (UTC +04:00)
Yaponiya Bankı rəqəmsal valyutanın buraxılışı ilə bağlı sınaqlara başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiya mərkəzi bankı xüsusi rəqəmsal valyutanın buraxılışı ilə bağlı eksperimentə start verib.

Trend-in məlumatına görə, eksperimentin birinci mərhələsi çərçivəsində yeni sistem üçün mühitin yaradılması nəzərdə tutulub. Birinci mərhələ gələn ilin martınadək davam edəcək.

Növbəti mərhələlərdə rəqəmsal valyutanın funksiyaları, buraxılış və ödəniş qaydaları üzrə sınaqların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Çin rəqəmsal valyuta ilə bağlı eksperimentlərə başlayıb. Avropa İttifaqı yaxın onillik ərzində bu prosesə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti