...

SpaceX 60 ədəd İnternet peykdən ibarət qrupu orbitə buraxacaq

Dünya xəbərləri Materials 7 Aprel 2021 03:32 (UTC +04:00)
SpaceX 60 ədəd İnternet peykdən ibarət qrupu orbitə buraxacaq

Bakı. Trend:

ABŞ-ın "SpaceX" şirkəti orbitə 60 ədəd "Starlink" İnternet peykinin daha bir partiyasını buraxmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Spaceflight Now" saytı xəbər verib.

Məlumata əsasən, Starlink sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qruplaşmasını doldurmaq üçün Falcon 9 ağır peyk-daşıyıçının buraxılmasını ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 12:34-də həyata keçirmək nəzərdə tutulur.

Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından başlayaraq bir qrup İnternet peykinin orbitə 24-cü buraxılışı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti