...

Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb

Dünya xəbərləri Materials 17 Aprel 2021 02:29 (UTC +04:00)
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden 2021-ci maliyyə ilində (oktyabrın 1-i başlayıb) qaçqın qəbulu üzrə limiti artırmamağa qərar verib və 15 min nəfər səviyyəsində saxlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının memorandumunu Ağ Ev dərc edib.

Məlumata əsasən, cari limit ötən ilin oktyabr ayında keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilib. Bu, 1980-ci ildən bəri qaçqın qəbulu üzrə minimal limitdir.

Qeyd edilir ki, 2020-ci maliyyə ilində qaçqın qəbulu üzrə limit 18 min nəfər, 2019-cu maliyyə ilində isə 30 min nəfər təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti