...

İndoneziyada itkin düşən sualtı qayıq tapılıb

Dünya xəbərləri Materials 25 Aprel 2021 19:04 (UTC +04:00)
İndoneziyada itkin düşən sualtı qayıq tapılıb

Bakı. Trend:

Axtarış qrupları Bali adası yaxınlığında Bali dənizində yoxa çıxan Nanggala sualtı qayığının qalıqlarını tapdılar.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə İndoneziya Silahlı Qüvvələrinin Baş Komandanı Hadi Tçaxdjanto və ölkənin Hərbi Hava Qüvvələri qərargahının rəisi admiral Yudo Marqono bildirib.

Bildirilib ki, KRI Nanggala-402 adlı gəmidə 53 nəfər olub.

Detik nəşrinin verdiyi məlumata əsasən, axtarış qrupu batan sualtı qayığın üç hissəsini tapıb. Y.Marqano KRI Nanggala sualtı qayığının üç hissəyə bölündüyünü təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti