...

İsveçrənin İrandakı diplomatı binadan yıxılaraq ölüb

Dünya xəbərləri Materials 4 May 2021 11:48 (UTC +04:00)
İsveçrənin İrandakı diplomatı binadan yıxılaraq ölüb

Bakı. Elnur Bağışov - Trend:

İsveçrənin İrandakı səfirliyinin 1-ci katibi Tehranda Kamraniyyə məntəqəsində hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, İsveçrə səfirliyinin xanım diplomatının ölümünün intihar, qətl və ya bədbəxt hadisə olduğu hələlik bəlli deyil. Dplomat binanın 18-ci mərtəbəsində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İsveçrənin İrandakı səfirliyi ABŞ-ın İrandakı diplomatik mənafeyini də qoruyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti