...

Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 6 May 2021 01:50 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 721 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 721 398 nəfər yeni koronavirusa yoluxub, 11 491 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 153 954 491, ölənlərin isə 3 221 052 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti