...

Türkiyədə koronavirusdan sağalanların sayı 5,17 milyonu ötüb

Dünya xəbərləri Materials 9 İyun 2021 03:21 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 86 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 341 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 609 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 300 236 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 836 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 173 186 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti