...

Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var

Dünya xəbərləri Materials 20 İyun 2021 22:14 (UTC +04:00)
Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var

Bakı. Trend:

Çexiyanın cənubunda yerləşən Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə birləşmiş xilasetmə və yanğınsöndürmə xidmətinin nümayəndəsi Zuzana Faytova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 2 nəfər olub, onlardan 1-i qəza nəticəsində həlak olub. Qəzada yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbi hələki müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti