...

Albaniya Türkiyədən PUA alacaq

Dünya xəbərləri Materials 2 İyul 2021 09:45 (UTC +04:00)
Albaniya Türkiyədən PUA alacaq

Bakı. Trend:

Albaniya parlamenti Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün ölkənin Müdafiə Nazirliyinin büdcəsinə əlavə 8 milyon avro vəsait ayrılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, Albaniyanın Türkiyədən PUA alması barədə razılaşma bu ölkənin Baş naziri Edi Ramanın ötən ay Ankaraya səfəri zamanı əldə olunub.

Baş nazir Edi Rama bu razılaşma ilə bağlı fikirlərini belə ifadə edib ki, Albaniya hökuməti Türkiyə PUA-ları ilə yolları, sahil zolaqlarını, meşələri, ictimai asayişin mühafizəsini gücləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti