...

Tokio Olimpiadası zamanı stadionlara 5 mindən çox tamaşaçı daxil ola bilməyəcək

Dünya xəbərləri Materials 7 İyul 2021 02:55 (UTC +04:00)
Tokio Olimpiadası zamanı stadionlara 5 mindən çox tamaşaçı daxil ola bilməyəcək

Bakı. Trend:

Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları stadionlarda 5000 tamaşaçıya qədər iştirak limitini təyin etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi rəsmi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Olimpiya Oyunlarının təşkilatçıları bu qərarlq iyulun 8-də razılaşa bilərlər.

Qeyd edək ki, Tokio Olimpiyadası 23 iyul - 8 avqust 2021-ci il tarixlərində keçiriləcək. Xarici tamaşaçılar yarışmada iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti