...

Yaponiyada leysan yağışlara görə 140 minə yaxın insan təxliyə ediləcək

Dünya xəbərləri Materials 7 İyul 2021 08:53 (UTC +04:00)
Yaponiyada leysan yağışlara görə 140 minə yaxın insan təxliyə ediləcək

Bakı. Trend:

Yaponiyanın qərbində yerləşən Şimane prefekturası hakimiyyəti sürüşmə təhlükəsi səbəbindən təxminən 140 min yerli sakinin təxliyə edilməsi əmrini verib.

Trend-in məlumatına görə, bu barədə NHK televiziya kanalı bildirib.

Məlumata əsasən, sürüşmə təhlükəsi bölgədə başlayan leysan yağışlarla bağlıdır.

Qeyd olunur ki, bu gün Şimane prefekturasının şimalındakı İzumo şəhərində bir saat ərzində təxminən 75 mm yağıntı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti